83fafb6b-92a4-4060-9dff-94af3bfd1eba..jpg

Hacı Məmmədovun bandasının üzvü, adam oğurluğunda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Baxış sayı: 732 dəfə baxılıb.

Hacı Məmmədovun bandasının üzvü, adam oğurluğunda təqsirləndirilən şəxsin
məhkəməsi başlayır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacı Məmmədovun bandasının üzvü olan, sabit silahlı qruplarda (bandalarda) və
ya onların törətdikləri basqınlarda iştirak etməkdə təqsirləndirilən Hüseynağa
Zərbəliyevin məhkəməsi başlayır.

“Report”un əldə etdiyi məlumata görə, cinayət işi Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib və hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası martın 18-nə təyin edilib.

Zərərçəkmiş şəxs qismində Tofiq Bayramov tanınıb.

H.Zərbəliyevə qarşı Cinayət Məcəlləsinin 217.2-ci (Banditizm, Sabit silahlı
qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etmə)
maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqla müəyyən olunub ki, H.Zərbəliyev qeyriləri ilə sabit silahlı qrupun
(banda) törətdiyi basqında iştirak edərək Tofiq Bayramovu həyatı və səhhəti
üçün təhlükəli üsulla və ona fiziki iztirab verməklə qanunsuz azadlıqdan məhrum
edib.

Belə ki, o, 1996-cı ilin iyul ayında Bakı şəhərində əvvəllər tanıdığı Abuzər
Abuzərovun paytaxt sakini Tofiq Bayramova basqın edib onu oğurlamaq, azadlıqdan
qanunsuz məhrum etmək və hədə-qorxu ilə külli miqdarda əmlakını tələb edib
almaq məqsədilə təşkil etdiyi sabit silahlı qrupa – bandaya Səyyad
Allahverdiyev, Qabil Ağayev, Afər Kərimov və qeyriləri ilə birlikdə üzv kimi
daxil olub.

Təqsirləndirilən şəxsin Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış
İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda
ittiham edilərək ömürlük həbs cəzası almış Hacı Məmmədovla (vəfat edib – red.)
əlaqəsinin olduğu bildirilir.

Source link