c437f478-356b-456b-b00c-c9b6a427e83a..jpg

Hacı Nuran: “İranə Tağızadə bir ilə yaxın idi ki, ağır nevroloji xəstəlikdən əziyyət çəkirdi”

Baxış sayı: 637 dəfə baxılıb.

Hacı Nuran: “İranə Tağızadə bir ilə yaxın idi ki, ağır nevroloji xəstəlikdən
əziyyət çəkirdi”

“İranə Tağızadə bir ilə yaxın idi ki, ağır nevroloji xəstəlikdən əziyyət
çəkirdi”.

Bu sözləri Cixisyolu.com-a açıqlamasında mərhum Xalq artisti, rejissor İranə
Tağızadənin vida mərasimində aparıcı hacı Nuran Hüseynov deyib.

Onun sözlərinə görə, sağalacağına ümid yox idi:

“Bir il idi ki, ağır nevroloji xəstəlikdən əziyyət çəkirdi. Xəstəlik bütün
hüceyrələrini öldürdü. Günü-gündən onu ölümə yaxınlaşdırdı. Yoldaşı Firdovsi
mənim yaxın dostumdur. Ailəlikcə münasibətimiz var idi. Onu Almaniyaya müalicə
üçün apardı. Lakin həkimlər ümid olmadığını bildiriblər”.

Hacı Nuran sonda İranə Tağızadənin ölümünə görə gecə Bakıya gəldiyini qeyd
edib.

Nəzrin Vahid

Source link