Ötən gün xəstəxanaya yerləşdirilən aparıcı Nuran Hüseynovdan onkoloji şiş tapılıb.
ÇıxışYolu.Com Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə aparıcının köməkçisi məlumat verib.
Bildirib ki, N.Hüseynov təcili olaraq Almaniyaya aparılmalıdır:
“Təzyiqi qalxıb-düşürdü. Zəifləmişdi, immuniteti aşağı düşmüşdü. Analizlər verilib və birinin cavabları çıxıb.
Ağciyərində onkoloji şiş tapılıb. Bu səbəbdən təcili Almaniyaya getməlidir, müalicəsi davam etdirilməlidir”.