ed9ff476-e38b-4bf1-9103-8322a16b7e76..jpg

Hacı Şahin dəfn edildi – YENİLƏNİB + FOTO/CANLI YAYIM

Baxış sayı: 933 dəfə baxılıb.

Hacı Şahin dəfn edildi – YENİLƏNİB + FOTO/CANLI YAYIM

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din
xadimi Hacı Şahin Həsənli dəfn olunub.

Cixisyolu.com xəbər verir ki, mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa
tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, qohumları, yaxınları və din xadimləri
iştirak ediblər.

14:57

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din
xadimi Hacı Şahin Həsənli ilə vida mərasimi başa çatıb.

Cixisyolu.com xəbər verir ki, onun cənazəsi dəfn olunması üçün Məşədi Dadaş
məscidindən götürülüb.

Ş.Həsənli yaxın saatlarda “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

10:10

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din
xadimi Hacı Şahin Həsənlinin dəfn yeri açıqlanıb.

“Əjdərbəy” məscidinin icma sədri, hacı Həmdüllah Babayev Cixisyolu.com-a
açıqlamasında bildirib ki, o, “Qurd qapısı” qəbiristanlığında torpağa
tapşırılacaq.

H.Babayev qeyd edib ki, dəfn mərasimi saat 15:00-da planlaşdırılır.

09:27

Hazırda Məşədi Dadaş məscidində Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin
səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli ilə vida mərasimi
keçirilir.

Cixisyolu.com-ın məlumatına görə, o, Məşədi Dadaş məscidində axund olduğu üçün vida
mərasimi burada keçirilir.

Onun harada dəfn olunması barədə ailəsi qərar verəcək.

Qeyd edək ki, Hacı Şahin Həsənli gecə saatlarında ürəktutmasından dünyasını
dəyişib.

PhotoStock.az-ın vida mərasimindən çəkdiyi fotoları təqdim edirik:

Daha çox şəkil burada: PhotoStock.az

İlhamə Əbülfət


Source link