3fd84150-71a1-4cd8-bcb5-4ecfaebf001e..jpg

Hacı Tahir qardaşının döyülməsindən danışdı: “Gecə evinin işğını söndürüb…” – YENİLƏNİB + TƏFƏRRÜAT

Baxış sayı: 5. 197 dəfə baxılıb.

Hacı Tahir qardaşının döyülməsindən danışdı: “Gecə evinin işğını söndürüb…”
– YENİLƏNİB + TƏFƏRRÜAT

Gəncədə “İmamzadə” kompleksinin axundu Hacı Tahir Qarabaği (Abbasov)
qardaşının döyülməsinin təfərrüatını açıqlayıb.

Qaynarinfo-ya açıqlama verən Hacı Tahir qardaşı Rəşid Abbasovun özünə məxsus
həyət evində hücuma məruz qaldığını deyib.

“Xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır. Baş nahiyəsindən xəsarət
alıb. Səhərə kimi yatmamışıq”, – deyə axund bildirib.

Hacı Tahir Rəşid Abbasovun döyülməsinin təfərrüatlarından danışıb:

“Gecə evinə gəlib. Darvazanı açıb, həyətinə daxil olub. Həmin vaxt cinayəti
törədən şəxs (şəxslər) arxadan evin işığını söndürüb. Bu da qapıya çıxıb. Görüb
ki, qonşunun işığı yanır, amma bunlarda yox. Qapıdan çıxan kimi hücuma məruz
qalıb. Qardaşımın 65 yaşı var. Həyat yoldaşı mənzildə olub. Köməyinə qonşusu
gəlib. Görüb ki, bir nəfər onun başına küt alətlə vurur. Qardaşım da qışqırır.
Qonşu da həyətindən beli götürüb, hadisə yerinə gəlib. Gələndə hücum edən şəxs
qaçıb”.

Hacı Tahir qardaşı Rəşid Abbasova hücumun oğurluq məqsədilə törədildiyini
hesab edib:

“Mən bu cür hesab edirəm. Çünki, qardaşımın düşməni yoxdur. Sakit adamdır.
Uzun illər kommunal sahədə, bələdiyyədə çalışıb”.

Qeyd edək ki, bu barədə ilk məlumatı Qafqazinfo.az saytı yayıb. Məlumatda
bildirilir ki, hadisə Gəncədə şəhərin Əziz Əliyev prospektində, Rəşid Abbasova
məxsus mənzildə baş verib.

13:04

Gəncədə evə basqının bəzi təfərrüatı bəlli olub.

Qeyd edək ki, hadisə şəhərin Əziz Əliyev prospektində, Rəşid Abbasova məxsus
mənzildə baş verib.

Basqın məqsədilə evə daxil olan şəxs və ya şəxslər ev sahibinin baş nahiyəsinə
xəsarət yetiriblər. Səs-küy yarandığından naməlum şəxslər hadisə yerindən
qaçıblar. Xəsarət alan R.Abbasov xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”nun xəbərinə görə, evinə basqın olunan şəxs Gəncədə “İmamzadə”
kompleksinin axundu Hacı Tahirin qardaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Source link