46bbb2cc-1744-4656-9aaf-565d84d6af83..jpg

Hacıbəy Heydərli: “TikTok”un ölkə ərazisində məhdudlaşdırılması tamamilə düzgün addımdır”

Baxış sayı: 546 dəfə baxılıb.

Hacıbəy Heydərli: “TikTok”un ölkə ərazisində məhdudlaşdırılması tamamilə
düzgün addımdır”

“Düşünürəm ki, indiki mərhələdə “TikTok”un ölkə ərazisində məhdudlaşdırılması
tamamilə düzgün addımdır. Çünki ordumuzla, əsgərlərimizlə bağlı ən çox
dezinformasiya, feyk xəbər, hərbi sirrlər məhz “TikTok”da paylaşılırdı”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri açıqlamasında Azərbaycan Mətbuat Şurasının
İdarə Heyətinin üzvü, Şuranın Sosial Media ilə Əlaqələr Komissiyasının sədri
Hacıbəy Heydərli deyib.

O bildirib ki, ermənilər “TikTok”dan informasiya mənbəyi kimi istifadə
edirdilər:

“TikTok”un məhdudlaşdırılması ilə ermənilərin də informasiya mənbələri
bloklanmış oldu. Çünki son günlər şahidi olurduq ki, Ermənistan mətbuatı
“TikTok”un Azərbaycan seqmentində paylaşılan bəzi videolardan istifadə edərək,
ölkəmiz əleyhinə kampaniya aparırdılar. Dəfələrlə xəbərdarlıq olunmasına
baxmayaraq, bəzi istifadəçilər yenə də hərbi sirr hesab edilən məlumatları
sosial şəbəkədə paylaşırdı. Bir daha sosial media istifadəçilərini ölkə
qanunvericiliyinin tələblərinə riayət etməyə, dəqiqləşdirilməmiş informasiya
yaymamağa, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə
çağırırıq”.

Xatırladaq ki, bu gündən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin
fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron
Təhlükəsizlik Xidməti məlumat yayıb.

Source link