Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edilib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, H.Abutalıbov 2001-ci ilin yanvar ayından bu günə qədər Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.