14e440f8-940b-4193-9d0c-55df968b129a..jpg

Hacıqabul Sənaye Məhəlləsində məhsul istehsalı artır

Baxış sayı: 787 dəfə baxılıb.

Hacıqabul Sənaye Məhəlləsində məhsul istehsalı artır

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul
Sənaye Məhəlləsində indiyədək dəyəri 44 milyon manata yaxın məhsul istehsal
edilib.

Cixisyolu.com xəbər verir ki, Sənaye Məhəlləsində məhsul istehsalında müsbət dinamika
müşahidə olunur.

Belə ki, 2021-ci ildə Sənaye Məhəlləsində 4,77 milyon manatlıq məhsul istehsal
edilibsə, 2022-ci ildə 8 dəfədən çox (dəyəri 38 milyon manatdan artıq) məhsul
istehsal olunub. İstehsal edilən məhsullar daxili bazarın tələbatının
ödənilməsinə yönəldilib.

Yüz nəfərdən çox insanın daimi işlə təmin edildiyi Sənaye Məhəlləsində ümumi
investisiya həcmi 51 milyon manatdan çox olan 13 sahibkarlıq subyekti rezident
kimi qeydiyyatdan keçib və bunlardan 7-si artıq fəaliyyətə başlayıb. Sənaye
Məhəlləsinin rezidentləri minik avtomobillərinin, müxtəlif növ və ölçüdə polad
şurupların, taxta məhsulların, plastik qabların, tikinti materiallarının,
plastik taraların istehsalı və s. sahələr üzrə ixtisaslaşıb.

Qeyd edək ki, Hacıqabul Sənaye Məhəlləsi mikro, kiçik və orta sahibkarların
fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin
edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə
dövlət başçısının 2017-ci il 25 iyul tarixli Sərəncamı ilə yaradılıb.

Source link