Hacıqabul sakini özünə xəsarət yetirib.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin məlumatına görə, hadisə ötən axşam Hacıqabul rayonunun Muğan qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1987-ci il təvəllüdlü Hənifəyev Şahin Əzizağa oğlu boğaz və qarın nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlk tibbi yardım göstərildikdən sonra yaralı Şirvan Şəhər Xəstəxanasına göndərilib.
İlkin məlumata görə, Şahin Hənifəyev bıçaqla özü-özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.