aee2147b-e80f-453a-8605-1ed8314fc3df..jpg

Hacıqabulda əcnəbi vətəndaşa narkokuryerlik edən şəxs TUTULDU

Baxış sayı: 627 dəfə baxılıb.

Hacıqabulda əcnəbi vətəndaşa narkokuryerlik edən şəxs TUTULDU
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən
əməliyyat tədbirləri nəticəsində əcnəbi vətəndaşa 1000 manat qarşılığında
narkokuryerlik edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən
məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı
əsasında keçirilən tədbir zamanı Lənkəran rayon sakini İlqar Əmənullayev
rayonun Nəvahi kəndi ərazisində saxlanılıb. Onun əlində olan torbaya keçirilən
baxış zamanı 630 qram tiryək, 100 qrama yaxın metamfetamin və 600 qramdan artıq
olan marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı İ.Əmənullayev sosial şəbəkə vasitəsilə tanış olduğu Toral
adlı iranlı narkotacirə narkokuryerlik etdiyini etiraf edərək, ondan aşkarlanan
narkotik vasitələri 1000 manat qarşılığında qabaqcadan təyin olunan yerə
çatdırmalı olduğunu bildirib.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb,
saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər
davam etdirilir.

Source link