Hacıqabulda ağır qəza: İki qadın ölüb

Hacıqabulda ağır qəza: İki qadın ölüb

Baxış sayı: 5. 770 dəfə baxılıb.

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

ÇıxışYolu.Com-ın APA-ya istinadən xəbərinə görə, hadisə yolun Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil yolda təmir işləri aparan maşınla toqquşub.

Qəza nəticəsində iki qadının öldüyü, iki azyaşlının xəsarət aldığı bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com