d2c88981-20e0-452f-8746-d6fdf9d498b1..jpg

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürdü

Baxış sayı: 512 dəfə baxılıb.

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürdü

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhərindən
keçən hissəsində qeydə alınıb.

“KamAZ” markalı yük avtomobili Şirvan sakini, 1993-cü il təvəllüdlü Aqşin
Çingiz oğlu Nəzərovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada ağır vəziyyətdə Şirvan
xəstəxanasına çatdırılandan bir neçə dəqiqə sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.

Source link