Hacıqabulda aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərildi

Hacıqabulda aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərildi

Baxış sayı: 2. 681 dəfə baxılıb.

Hacıqabulda aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərildi

Noyabrın 10-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Hacıqabul rayonunda aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib. 

Vəkillər Kollegiyasından ÇıxışYolu.Com-a verilən məlumata görə, Heydər Əliyev adına mərkəzdə vətəndaşları qəbul edən Vəkillər Kollegiyasının bir qrup üzvü 10-dan çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərib, onların problemləri ilə tanış olub, müvafiq məsləhətlər verib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin respublikanın digər regionlarında da təşkil olunub keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilib. 

www.ÇıxışYolu.Com