71388091-ea01-4b25-8b4f-f4d267dfaf84..jpg

Hacıqabulda bir gündə əmioğlulardan biri intihar edib, digərini maşın vurub

Baxış sayı: 553 dəfə baxılıb.

Hacıqabulda bir gündə əmioğlulardan biri intihar edib, digərini maşın vurub

Hacıqabulda iki əmioğlu eyni gündə ölüb, biri intihar edib, digərini isə maşın
vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında
Hacıqabul rayon sakini, 2000-ci il təvəllüdlü Şərəfxan Mehti oğlu Ələkbərov
özünü Ağacanlı kəndinin ərazisində yerləşən Xilə meşəsində ağacdan asaraq
intihar edib.

Digər hadisə isə səhər saatlarında Bakı-Qazax magistralının Hacıqabul şəhəri
ərazisindən keçən hissəsində qeydə alınıb.

Naməlum avtomobil Hacıqabul sakini, 2001-ci il təvəllüdlü Röyal Abuzər oğlu
Ələkbərovu vuraraq öldürüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Source link