00123ac4-a7b5-4ccd-af98-ea1ba06b9ad9..jpg

Hacıqabulda insan sümükləri tapıldı

Baxış sayı: 499 dəfə baxılıb.

Hacıqabulda insan sümükləri tapıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabul rayonunda insan sümükləri aşkarlanıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qubalıbaloğlan
kəndinin ərazisindən keçən Pirsaatçay çayı yaxınlığında qeydə alınıb.

Belə ki, kənd sakinlərindən biri təsadüfən çayın yaxınlığındakı qurumuş arxdan
keçərkən insana məxsus kəllə, çanaq və digər sümüklər aşkarlayıb. İnsan
sümükləri aidiyyəti qurumlara təhvil verilib.

Tarixçilər ərazidə tapılan insan sümüklərinin 1918-ci il 31 mart soyqırımının
qurbanlarına aid olduğunu ehtimal ediblər. Onların fikrincə, 1918-ci il mart
soyqırımı zamanı Lalayanın dəstəsi tərəfindən rayonun bir sıra yaşayış
məntəqələrində olduğu kimi, Qubalıbaloğlan kəndində də dinc əhaliyə qarşı
qətliamlar törədilib. O zaman kənddə 500-dən çox dinc sakin qətlə yetirilib.

Tarixçilər hesab edirlər ki, sözügedən ərazidə arxeoloji qazıntılar
aparılarsa, kütləvi məzarlığın aşkarlanması qaçılmazdır.

Source link