da6ea245-bd13-43fa-90c6-71fcfd44b0a1..jpg

Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan üç nəfər saxlanılıb

Baxış sayı: 1. 162 dəfə baxılıb.

Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan üç nəfər
saxlanılıb

Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər
saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə,
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat
tədbirləri nəticəsində rayon sakini Rəşad Məmmədov saxlanılıb .

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin üzərinə keçirilən baxış zamanı 226
qrama yaxın heroin və 2 qrama yaxın metamfetamin aşkarlanaraq götürülüb.

Polis əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər bir əməliyyat
tədbirləri zamanı rayon sakinləri Hüseyn Heydarov və Seymur Əliyev də
saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı isə H.Heydarovdan
90 qramdan artıq, S.Əliyevdən 11 qramdan artıq heroin götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam
etdirilir.

Source link