0092b0f6-ef41-425b-abf6-f082d3a36a37..jpg

Hacıqabulda polisdən silsilə əməliyyatlar: Saxlanılanlar var – FOTO

Baxış sayı: 568 dəfə baxılıb.

Hacıqabulda polisdən silsilə əməliyyatlar: Saxlanılanlar var – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabulda polis silsilə əməliyyatlar keçirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə,
RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhər
sakini Baxşıyev Natiq rayon ərazisində saxlanılıb.

Onun üzərinə baxış zamanı çəkisi 1 kiloqram olan heroin, tiryək və marixuana
aşkar edilib.

N.Baxşıyev sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirə kuryerlik
etdiyini, ondan aşkarlanan narkotikləri pul müqabilində qabaqcadan təyin olunan
yerə çatdırmalı olduğunu bildirib.

Digər əməliyyat tədbirləri zamanı Navahı kənd sakinləri Gözəlov Müşfiq və
Əliyev Məhəmməd də saxlanılıblar. Hər iki şəxsdən satış məqsədilə əldə
etdikləri heroin, metamfetamin və marixuana aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən son bir ay ərzində qeyd edilən cinayət əməli ilə
məşğul olmaqda şübhəli bilinən 21 nəfər saxlanılıb, onlardan 3 kiloqrama yaxın
müxtəlif növ narkotik vasitə götürülüb.

Bundan başqa, RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq silah-sursat
saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində
keçirilən tədbirlər zamanı rayon sakini Şəmsəddin Qasımov da saxlanılıb.
Sonuncudan bir ədəd “F-1” əl qumbarası və beş ədəd patron aşkarlanaraq
götürülüb.

Qeyd edilən faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

Source link