e46f673b-7fdb-4995-aba0-5cdaf8c2c509..jpg

Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb

Baxış sayı: 738 dəfə baxılıb.

Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki
silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması
məqsədilə keçirilən tədbirlər zamanı rayonun Meyniman kəndi ərazisində müvafiq
icazə olmadan qanunsuz ov edən beş nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə,
araşdırmalarla onların Abşeron rayon sakinləri O.Nağıyev və T.Nağıyev, Bakı
şəhər sakinləri O.Mirzəyev və A.Əsədov, Tovuz rayon sakini İ.Nağıyev olduqları
müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmin şəxslərdən iki ədəd ov silahı, 23 ədəd
patron və qanunsuz olaraq ovlanmış üç ədəd çöl ördəyi aşkarlanaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Source link