Bakı-Qazax magistral yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
ÇıxışYolu.Com-ın Aran bürosunun məlumatına görə, hadisə yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 90-SV-091 dövlət nömrə nişanlı, Bəxtiyar Əlizadənin idarə etdiyi “Range Rover” markalı minik maşını yolu keçmək istəyən piyadanı vurub.
İlkin məlumata görə, təxminən 30-35 yaşlı, adı Xəyal olan həmin piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.