Hadisənin seksual səhnə kostyumu gündəm yaradıb.
ÇıxışYolu.Com “Hürriyet”ə istinadən xəbər verir ki, müğənni dünən Bostançı Şou Mərkəzində konsert verib.
Altı rəqqasə ilə birlikdə səhnəyə çıxan müğənni təxminən iki saat ərzində sevilən mahnılarını səsləndirib. İfaçı cəlbedici səhnə geyimi ilə diqqət çəkib.
Hadisə səhnə öncəsi suallara cavab verib. O, “Sıfır Tolerans” mahnısına çəkilən klipi açıq-saçıq olduğu üçün RTÜK-dən cəza aldıqdan sonra “Farkımız var” klipində qapalı geyimdə kamera qarşısına keçməsi haqqında danışıb:
“Əsl istədiyim kimi klip çəkdim. Məni heç bir şey qorxutmur. İstədiyimi edirəm, azad sənətkaram. RTÜK cəza verəcəksə də, verər”.
Müğənni daha sonra cəzalar məsələsində ayrıseçkilik edildiyini dilə gətirib:
“Məncə, qadınlar bu məsələdə daha çox əzilir. Kişi sənətçilərinin kliplərində öpüş və sevişmə səhnələri daha çoxdur. Bir qadının rəqsi, bədəni, saçı, makiyajı çox danışılır. Bu məsələdə qadın-kişi ayrıseçkiliyi aparılır.
Mənim küçədə əlimi tutub təşəkkür edən qadınlar olub. Mən də onlara təşəkkür edirəm. Qadının səsi olmağa davam edəcəyəm”.
Paris tətilində Hakan Sabancı ilə əyləndiyi iddia edilən müğənni “Bacılarımla istirahətə getdim. Mənim də tanıdığım insanlar olur. Orada qarşılaşdıq, birlikdə əyləndik. Hadisənin yanında bir kişi görünən kimi dərhal xəbər olur. Həqiqətən, həyatımda bir adam olsa, əlindən tutub qarşınıza çıxaram”, – deyib.