“Hadrut, sən azadsan!” sənədli filminin təqdimatı olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Hadrut, sən azadsan!” sənədli filminin təqdimatı keçirilib.
“Report” xəbər verir ki, filmin təqdimat mərasimində Bakı Media Mərkəzinin
rəhbəriArzu Əliyeva, Müdafiə Nazirliyinin kollektivi, mədəniyyət və incəsənət
xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sənədli film Azərbaycan Respublikası Kino Agentliyinin sifarişi ilə Bakı Media
Mərkəzi və “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilib.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim
Hüseynov, ssenari müəllifi Rasim İsmayılov, quruluşçu rejissoru Cavidan
Şərifov, quruluşçu operatorları Ziya Babayev və Əli Əliyevdir.
Filmdə 44 günlük Vətən müharibəsinin parlaq səhifələrindən olan Xocavənd
rayonunun Hadrut qəsəbəsinin düşmən işğalından azad olunması (9 oktyabr)
əməliyyatından bəhs edilir. Əməliyyata qərar verilməsindən əməliyyatın sona
çatmasına qədər proseslər bütün detallarına qədər real olaraq canlandırılıb.
Çəkilişlər əməliyyatın keçirildiyi məkanlarda aparılıb və məhz həmin
döyüşlərdə birbaşa iştirak etmiş döyüşçülər filmdə yer alıb.
Film boyu real döyüş kadrları ilə bərabər, bütün qoşun növlərinin, əsasən də
xüsusi təyinatlıların aparıcı rol oynadığı hərbi proseslərdə hərbi fəndlər,
döyüş səhnələri imitasiya olunaraq lentə alınıb.