Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də bu gün başlayacaq futbol üzrə dünya çempionatına baxan siyasi xadimlərdən olacaq.
ÇıxışYolu.Com-a açıqlama verən Hafiz Hacıyev Braziliya millisinə azarkeşlik edəcəyini bildirib.
Ancaq Hafiz Hacıyev braziliyalıları müsəlman bilir:
“Mən müsəlman dininə sitayiş edən Braziliya millisinə azarkeşlik edəcəyəm. Arzu edirəm ki, onlar dünya çempionatında I yerə çıxsın. Bizim milli qürurumuz var. Soy-kökümüz erməni deyil ki? Biz azərbaycanlıyıq, müsəlman qardaşlarımıza da azarkeşlik etməliyik”.
Hafiz Hacıyev Braziliya ilə finala çıxacaq komandaların adlarını da açıqlayıb:
“Düşünürəm ki, Braziliya ilə finala Almaniya və ya İspaniya çıxa bilər. Məncə, Braziliya keçmiş səhvlərindən nəticə çıxarıb çempion olacaq. Oyunlara öz kabinetimdən baxacağam. Çalışıb bütün oyunları izləyəcəyəm”.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com