ae170fa8-2420-408e-ad3b-f65b9df21323..jpg

Hafiz Paşayev: “ADA Universiteti üç illik ali təhsil modelinin tətbiqi üzərində işləyir”

Baxış sayı: 419 dəfə baxılıb.

Hafiz Paşayev: “ADA Universiteti üç illik ali təhsil modelinin tətbiqi
üzərində işləyir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Artıq gənclər qısa zamanda həm bilik, həm bacarıq əldə etməklə iş bazarına
tam yararlı olmaq istəyirlər. Bu məqsədlə hazırda ADA Universiteti üç illik ali
təhsil modelinin tətbiqi üzərində işləyir”.

Cixisyolu.com-ın məlumatına görə, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev
ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan
Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, belə proqramlar ali təhsili xüsusilə bölgələrdəki
gənclərə daha əlçatan edəcək:

“Rəqabət mühitində universitetlər tədqiqat və innovasiya mərkəzlərinin
fəaliyyətini artırmalı, iş bazarı və elm ocaqları bir-birinin ehtiyaclarından
xəbərdar olmalı və onlar birlikdə qarşılanmalıdır”.

İlhamə Əbülfət

Source link