9231bb4b-baee-4b6e-b159-70e33831d15d..jpg

Hafiz Paşayevin doğum günüdür

Baxış sayı: 521 dəfə baxılıb.

Hafiz Paşayevin doğum günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan elminin, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş
Hafiz Paşayevin doğum günüdür.

Hafiz Mir Cəlal oğlu Paşayev 2 may 1941-ci ildə Bakı şəhərində anadan olub.

O, 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universiteti) fizika fakültəsini bitirib. 1964-1967-ci illərdə Azərbaycan
Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb.

1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun
aspiranturasını bitirib.

1971-1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika
İnstitutunda elmi işçi, laboratoriya müdiri olub. 1984-cü ildə doktorluq
dissertasiyasını müdafiə edib, fizika elmləri doktoru elmi dərəcəsinə layiq
görülüb. 1993-2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dəki (eyni zamanda
Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Hafiz Paşayev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 avqust
2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası xarici işlər nazirinin
müavini, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik
Akademiyasının rektoru təyin edilib.

100-dən artıq elmi əsərlər, iki monoqrafiya, həmçinin yerli və dünya
mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla
məqalələrin müəllifidir.

O, 2 may 2011-ci ildə Azərbaycan Respublikasında səmərəli ictimai-siyasi
fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif
edilib.

2 may 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə
görə “Şərəf” ordeni ilə, 9 iyul 2019-cu ildə 2-ci dərəcəli “Vətənə xidmətə
görə” ordeni ilə, 29 aprel 2021-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə”
ordeni ilə təltif olunub.

Evlidir, iki övladı, dörd nəvəsi var.

Source link