Hafiz Səfixanov: “Ermənilər işğal dövründə hətta İranla sərhədi də minalayıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ermənilər işğal dövründə nəinki Ermənistan, hətta İranla sərhədi də
minalayıb”.
“Report”un xəbərinə görə, bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası”
İctimai Birliyinin sədri Hafiz Səfixanov qurumun “Minalardan Azad Cənubi
Qafqaz” regional kampaniyası çərçivəsində “Cənubi Qafqazda mina qurbanları ilə
həmrəylik: Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi
strategiyasının mühüm sütunu” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan 30 ildən artıqdır mina problemi ilə
qarşı-qarşıyadır:
“Azad olunan ərazilərdə aparılan işlər nəticəsində 1 milyondan çox minanın
basdırıldığı məlum olub. Lakin işğal zamanı təkcə burada deyil, Ermənistan və
İranla sərhəddə də minalar basdırılıb”.
“Bu gün Beynəlxalq Əlillər Günüdür və Azərbaycan hazırda Cənubi Qafqazda
minalardan ən çox əziyyət çəkən ölkədir. Təəssüf ki, hazırda Cənubi Qafqazda
heç bir ölkə Ottava Konvensiyasına qoşulmayıb və bu da çox ciddi məsələdir.
Ümid edirik ki, ölkələr mina problemi ilə əlaqədar daha diqqətli olacaqlar. Biz
44 günlük Vətən müharibəsindən sonra, demək olar ki, hər gün mina qurbanları
barədə xəbərlər alırıq”, – H.Səfixanov bildirib.