9dde7caa-c606-434d-b71b-1fc7bba8adbd..jpg

“Haikui” qasırğası Çini də vurdu

Baxış sayı: 562 dəfə baxılıb.

“Haikui” qasırğası Çini də vurdu

“Haikui” tropik qasırğası bu gün səhər Çinin cənubundakı Quandun və şərqi
Fujyen əyalətləri sahillərinə çatıb. Bu barədə Çin (ÇXR) Mərkəzi Meteorologiya
Stansiyası məlumat yayıb.

Agentliyin saytında dərc olunan məlumatda bu rayonlarda küləyin maksimal
gücünün saniyədə 20 metrə çatdığı barədə məlumat verilib. Yaxın günlərdə
Quandun və Fujyen, onların yaxınlığında yerləşən Szyansi və Çjetszyan
əyalətlərində, həmçinin Tayvan adasının qərb hissəsində leysan yağacağı
gözlənilir.

Meteostansiyanın proqnozlarına görə, Şərqi və Cənubi Çinin bəzi ərazilərində
100-220 mm-ə qədər yağıntı düşəcək. Bununla bağlı yerli hakimiyyət orqanları
orta (sarı) təhlükə səviyyəsi elan edib.

Tropik qasırğanın qərbə doğru irəliləyərək tədricən zəifləyəcəyi gözlənilir.

Mənbə: TASS

Source link