ffd3e1e0-c0a7-458b-9b89-025d1712d6ef..jpg

Hakan Fidan: “Zəngəzur dəhlizinin açılmasına dəstək gözləyirik”

Baxış sayı: 672 dəfə baxılıb.

Hakan Fidan: “Zəngəzur dəhlizinin açılmasına dəstək gözləyirik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə xarici işlər naziri Hakan Fidan Zəngəzur dəhlizinin açılmasına dəstək
gözlədiklərini bildirib.

“Report” xəbər verir ki, Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları ilə
birgə keçirilən mətbuat konfransında danışan nazir Azərbaycanın COP29-a ev
sahibliyini yüksək qiymətləndirdiklərini və bu münasibətlə təbrik etdiklərini
deyib.

Türkiyə XİN başçısı Qarabağ zəfərinin doğurduğu reallıqlardan söz açıb:

“Zəfər yeni reallıqlar yaradıb. Artıq bölgədə dayanıqlı sülhü təmin etmək
mümkün görünür. Zəngəzur dəhlizinin açılmasına dəstək gözləyirik. Ceyhun
Bayramov Azərbaycan-Ermənistan arasındakı son görüş barədə bizi
məlumatlandırdı”.

Qəzzada baş verənlərə münasibət bildirən nazir deyib ki, təcili atəşkəs elan
edilməlidir.

Türkiyə XİN başçısı vurğulayıb ki, İsrail-Fələstin müharibəsi ikidövlətli həll
yolu ilə sonlanmalıdır.

Source link