b4858f7c-e9c7-4b6f-a29b-84a7e2a1490d..jpg

Hakan Fidandan Qara dənizlə bağlı ÇAĞIRIŞ

Baxış sayı: 719 dəfə baxılıb.

Hakan Fidandan Qara dənizlə bağlı ÇAĞIRIŞ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qara dənizin demilitarizasiyasına
çağırıb.

“Report” xəbər verir ki, o, çağırışını martın 15-də Bakıda “Parçalanmış
dünyanın bərpası” mövzusunda keçirilən Xl Qlobal Bakı Forumunda çıxışı zamanı
səsləndirib.

“Qara dənizi silahlardan azad etməliyik”, – nazir vurğulayıb.

Onun sözlərinə görə, müharibələrdən əvvəl Qara dənizdə sakitlik hökm sürürdü:

“Müharibədən sonra isə hərbləşmə başladı. Biz Rusiya-Ukrayna müharibəsində
“Taxıl saziş”inə nail olduq. Taxıl və digər malların Qara dəniz vasitəsilə
daşınmasına şərait yaradılmalıdır. Regionda Qara dənizin rolu itməməlidir.
Hərbləşmə region ölkələr üçün təhlükəlidir”.

Source link