Hakim döyüldüyü üçün çempionat matçları təxirə salındı

Baxış sayı: 4. 229 dəfə baxılıb.

Hakim döyüldüyü üçün çempionat matçları təxirə salındı

Yunanıstan Super Liqasında bu həftə oynanılması planlaşdırılan XV tur qarşılaşmaları təxirə salınıb.

ÇıxışYolu.Com xəbər verir ki, buna ölkənin FIFA referisi Tanasis Tzilosun evinin qarşısında müəyyən olunmayan şəxslər tərəfindən döyülməsi səbəb olub. 

Dörd maskalı şəxs hakimə hücum etdikdən sonra hadisə yerindən qaçıb. Başından və ayağından xəsarət alan Tzilos hadisədən sonra xəstəxanaya yerləşdirilib.

Yunanıstan Hakimlər Komitəsi həmkarlarına dəstək üçün həftəsonu qarşılaşmalarında iştirak etməmək qərarı alıb.

Qeyd edək ki, çempionat matçları qış fasiləsindən sonra keçiriləcək.

S.M.
www.ÇıxışYolu.Com