Serbiyadan olan futbol hakimi Srcan Obradoviç yerli çempionatın 36-cu turu çərçivəsində keçirilən matçda təyin etdiyi iki penaltiyə görə həbs olunub.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “USA Today” məlumat yayıb.
Mayın 13-də Subotiça şəhərinin “Spartak” komandası öz meydanında “Radniçki”ni qəbul edib. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda Obradoviç Subotiça klubunun xeyrinə bir sıra şübhəli qərarlar çıxarıb: ikinci hissənin əvvəlində referi qonaqların hücumçusuna iki dəfə sarı kart göstərərək, onu meydançadan qovub.
Daha sonra isə 13 dəqiqə ərzində “Radniçki”nin qapısına iki 11 metrlik cərimə zərbəsi təyin edib. Hər iki penaltini Nemanya Nikoliç qola çevirib.
Hakim barəsində iki sutkalıq həbs qətimkan tədbiri seçilib. Obradoviç futbol meydanında xidməti vəzifəsindən sui-istifadə etməkdə şübhəli bilinir.
Some of the most blatantly corrupt refereeing you’ll ever see.
Some background – Spartak Subotica were playing Radnicki Nis in a match that directly determined the Europa League spot in the Serbian League. This was their 2nd pen of the game awarded by referee Srdjan Obradovic. pic.twitter.com/i1dJD59MGd
— Ball Street (@BallStreet) 14 May 2018