AFFA İntizam Komitəsi I Divizionda çıxış edən “Şüvəlan” komandasının futbolçusu Mirkamil Həşimini 4 oyunluq cəzalandırıb.
ÇıxışYolu.Com xəbər verir ki, buna səbəb 22 yaşlı yarımmüdafiəçinin XIX turda “Turan Tovuz”la səfər matçının 90+4-cü dəqiqəsində hakimi təhqir etməsidir.
Futbolçuya verilən cəza ilə yanaşı, “Şüvəlan” 320 manat cərimələnib.
Qeyd edək ki, oyun “Turan Tovuz”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.