2859da24-3021-44cf-a216-b5f4a5590549.webp

Hakimi təhqir edən klub rəsmisi cəzalandırıldı

Baxış sayı: 140 dəfə baxılıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) U-15 Liqasında çıxış
edən “Asta” klubunun rəsmisi Rüstəm Əliyev 5 oyunluq cəzalandırılıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar
qəbul olunub.

Buna klub rəsmisinin oktyabrın 27-də baş tutan “Şamaxı” ilə oyunun 80-ci
dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılması
səbəb olub.

Bundan başqa, sözügedən matç bitdikdən sonra “Asta”nın rəsmiləri və
futbolçuları təhqiredici ifadələrdən və jestlərdən istifadə etdikləri üçün
kluba ciddi xəbərdarlıq olunub.

Source link