5720f401-52db-4d06-b50c-3f6c8d5d3e68..jpg

Hakimi təhqir edən menecerə AĞIR CƏZA

Baxış sayı: 465 dəfə baxılıb.

Hakimi təhqir edən menecerə AĞIR CƏZA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA İntizam Komitəsi “Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlını üçü şərti
olmaqla beş oyunluq cəzalandırıb.

“Report”un məlumatına görə, buna bölgə təmsilçisi rəsmisinin “Turan Tovuz”a
1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXX turunun matçında hakimləri
təhqir etməsi səbəb olub.

“Qırmızı-qaralar” 4000 manat cərimələnib, Səfiyarlıya 3 ay sınaq müddəti təyin
edilib.

Bundan əlavə, hər iki klub əlavə 700 manat ödəməli olacaq. “Qəbələ”nin 4,
Tovuz klubunun 5 oyunçusu sözügedən qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb.

Source link