AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib və müəyyən qərarlar alınıb.
ÇıxışYolu.Com onlardan ən maraqlılarını təqdim edir:
Azərbaycan Kubokunun 1/2 mərhələsinin “Qəbələ” – “Neftçi” matçının 68-ci dəqiqəsində bölgə klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub. Oyunun 71-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə Bakı klubu 800 manat cərimə edilib.
Azərbaycan Kubokunun 1/2 mərhələsinin “Keşlə” – “Sumqayıt” matçının 80-ci dəqiqəsində qonaq komandanın baş məşqçisi Samir Abbasov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb, klub 800 manat cərimələnib.
Premyer Liqanın XXIII turunun “Sumqayıt” – “Keşlə” matçının 81-ci dəqiqəsində qonaq komandanın futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu bir oyunluq cəzalanıb, Bakı klubu 200 manat cərimə olunub.
Premyer Liqanın XXIII turunun “Qəbələ” – “Səbail” matçında meydan sahibi komandanın dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
Premyer Liqanın XXIII turunun “Kəpəz” – “Qarabağ” matçında Gəncə komandasının dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib. Oyunun 37-ci dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
Premyer Liqanın XXIII turunun “Zirə” – “Neftçi” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 51-ci dəqiqəsində “Zirə”nin futbolçusu Yani Urdinov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu bir oyunluq cəzalanıb, klub 200 manat cərimə edilib.
Oyunun 85-ci dəqiqəsində “Zirə”nin baş məşqçisi Ayxan Abbasov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb, klub 800 manat cərimə olunub.
İntizam Komitəsinin 21 fevral 2018-ci il 25 №-li protokoluna əsasən, Ayxan Abbasova verilmiş beş oyunluq cəzanın üç oyunu şərti cəza kimi tətbiq edilib və ona altı ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində baş məşqçi yenidən cəzalanağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.
I divizionun XXIII turunun “Binə” – “Şüvəlan” matçı başa çatdıqdan sonra “Binə” klubunun rəsmi şəxsləri – Rəhman Cəfərov, Sübhan Əliyev və Сavid Tanrıverdiyev meydana daxil olaraq hakimlər briqadasını təhqir etdiklərinə görə hər biri beş oyun cəzalandırılıb, klub 1200 manat cərimə olunub.
Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Qarabağ” – “Yasamal-2” matçının 27-ci dəqiqəsində “Yasamal-2” klubunun oyunçusu Ceyhun Nağıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb.
Oyunun 27-ci dəqiqəsində “Yasamal-2” klubunun digər oyunçusu Rəhman Ələkbərli hakimin qərarına kəskin etiraz bildirdiyinə, hakimi təhqir etdiyinə və hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə iki il yarışlardan kənarlaşdırılıb.
S.T.
www.ÇıxışYolu.Com