Azərbaycan II Liqasında çıxış edən “Ağdaş” klubunun futbolçusu Ülvi Sarıyev 4
oyunluq cəzalandırılıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları
Assosiasiyası (AFFA) İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Cəzaya II Liqanın VII turunda “Hypers Guba” ilə görüşdə ikinci sarı vərəqə
aldıqdan sonra futbolçunun hakimləri təhqir etməsi səbəb olub. Ü.Sarıyevin bu
hərəkətinə görə “Ağdaş” klubu 300 manat cərimələnib.
“Ağdaş” həmçinin matçın ilkin protokolunu elektron bazada gec təsdiq
edildiyinə görə 100, Əsasnamənin tələbləri pozulduğuna görə 50, beş futbolçusu
sarı vərəqə ilə cəzalandığına görə isə 70 manat cərimələnib.