Hakimliyə namizədlərlə növbəti test imtahanı keçiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Hakimliyə namizədlərlə növbəti test imtahanı keçiriləcək.
Cixisyolu.com xəbər verir ki, namizədlərin seçimində çevikliyin təmin edilməsi,
habelə onların imtahanlara hazırlaşmalarına şəraitin yaradılması məqsədilə
müsabiqənin ilkin mərhələsi olan test imtahanı cari ilin may ayının 5-də Dövlət
İmtahan Mərkəzi tərəfindən keçiriləcək.
İmtahanın keçirilməsi vaxtı, yeri, qaydası, o cümlədən buraxılış vərəqələrinin
təqdim olunması və digər aidiyyəti məsələlər barədə məlumatlar www.jlc.gov.az
saytında mütəmadi dərc ediləcək.
Qeyd edək ki, müsabiqənin bütün mərhələlərini müvəffəqiyyətlə başa vurmuş 155
nəfər hakimliyə namizəd ölkə Prezidentinin Sərəncamları ilə müxtəlif birinci
instansiya məhkəmələrinə hakim təyin edilmiş, 245 namizəd isə hazırda seçimin
digər mərhələlərindədir. Hazırda növbəti imtahan üçün sənəd qəbulu davam
etdirilir.