“Hakken”in futbolçusu: “Meydana qələbə əzmi ilə çıxacağıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Meydana qələbə əzmi ilə çıxacağıq”.
“Report” xəbər verir ki, bunu İsveçin “Hakken” komandasının futbolçusu Samuel
Qustafson Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri Avropa Liqasının qrup
mərhələsinin VI turunun oyunundan əvvəl mətbuat konfransında deyib.
O, üç xala sahib olmaq üçün əllərindən gələni edəcəklərini söyləyib:
“Baş məşqçi daim bizə motivasiya verir. Əhval-ruhiyyəmiz yüksək səviyyədədir”.
28 yaşlı yarımmüdafiəçi rəqib haqqında xoş fikirlər səsləndirib: “Qarabağ”ın
heyətində yaxşı futbolçular var. Nümunə kimi Marko Yankoviçin adını çəkə
bilərəm. Onunla oynamışıq, təcrübəli və perspektivlidir. Sağ cinahlarında yer
alan futbolçu da yaxşıdır. Adını indi xatırlamıram”.
Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda
keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. Qurban
Qurbanovun kollektivi hazırda yeddi xalla H qrupunun ikinci pilləsində
qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.