“Hakken”lə oyunöncəsi “Qarabağ”da son durum: İtkilər var
“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçdə
“Hakken”lə səfər oyununa itkilərlə çıxacaq.
Cixisyolu.com xəbər verir ki, komandanın mərkəz müdafiəçisi Bəhlul Mustafazadə və sağ
cinah müdafiəçisi Marko Veşoviç matçı buraxacaqlar. Bəhlul zədəlidir və bu
səbəbdən Azərbaycan millisinə də dəvət olunmayacaq. Veşoviç isə zədəsini
sağaltsa da, hazırda yalnız fərdi məşqlərlə kifayətlənir.
Əvəzində Redon Cica sağalıb. Norveçin “Molde” klubuna qarşı ilk qrup matçını
(1:0) buraxan albaniyalı forvard meydana çıxmağa hazırdır.
“Qarabağ” zədəli oyunçularını da İsveçə aparıb. Həm Bəhlul Mustafazadə, həm
Marko Veşoviç komandanın düşərgəsindədirlər. Hətta adı Avropa Liqası matçları
üçün iştirak ərizəsinə daxil edilməyən Adama Diakabi də Göteborqa gedib.
Qeyd edək ki, sabah “Ullevi” stadionunda keçiriləcək “Hakken” – “Qarabağ”
qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.