Haldorson “Qarabağ”dakı ilk oyunu haqda: Həzz aldım

Baxış sayı: 2. 478 dəfə baxılıb.

Haldorson “Qarabağ”dakı ilk oyunu haqda: Həzz aldım

“Qarabağ”ın islandiyalı qolkiperi Hanes Haldorson dünən yeni komandasında Belarus çempionu BATE-yə qarşı ilk oyununu keçirib.

ÇıxışYolu.Com xəbər verir ki, futbolçu bu münasibətlə jurnalistlərin diqqət mərkəzində olub.

İslandiya millisinin qolkiperi əvvəlcə oyun haqda fikirlərini bildirib:

“Çətin oyun oldu. Rəqib sürətli əks hücumlara çıxırdı. Təəssüf ki, ilk qolu onlar vurdu və biz fərqlənə bilmədik. Bu da bizim işimizi çətinləşdirdi. Ancaq hələ heç nə bitməyib. Növbəti oyuna hazırlaşacağıq və qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

O, Bakıda çıxdığı ilk oyundakı atmosferdən razı qaldığını qeyd edib:

“Məğlub olmağımıza baxmayaraq, azarkeşlər dəstək olurdu. Burada ilk oyunum idi və qarşılaşmadan həzz aldım. Ab-hava möhtəşəm idi”.

Qeyd edək ki, “Qarabağ” əvvəlki dörd oyunda braziliyalı qapıçısı Vaqner da Silvanın xidmətindən istifadə etmişdi. Həmin matçlarda Kamran Ağayevin Portuqaliyada komanda yoldaşı olmuş Vaqner qapısını toxunulmaz saxlamışdı.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com