Haldourson: Matçın qəhrəmanı olmaq mənim üçün önəmli deyil

Baxış sayı: 2. 205 dəfə baxılıb.

Haldourson: Matçın qəhrəmanı olmaq mənim üçün önəmli deyil

UEFA Avropa Liqasının V turu çərçivəsində “Qarabağ” Bakıda Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşacaq.

ÇıxışYolu.Com xəbər verir ki, görüşdən əvvəl Ağdam komandasının qapıçısı Hanes Haldourson fikirlərini bildirib:

“Sabahkı matç çox önəmlidir. Qələbə qazansaq, növbəti mərhələ şanslarımız davam edir. Çalışacağıq ki, bunu bacaraq. Futbolda hər şey olur. Təbii ki, növbəti mərhələyə çıxmağımız mümkündür. Sabah qələbə qazansaq, çox böyük addım atmış olacağıq. Məncə, şansımız var.

Qəhrəman olmaq üçün çox çalışmaq lazımdır. Mənim üçün bu çox da önəmli deyil ki, matçın qəhrəmanı olum. Digər komanda yoldaşım da qəhrəman ola bilər. Önəmli olan qələbə qazanmaqdır”.

Qeyd edək ki,  “Qarabağ” – “Sportinq” görüşü sabah saat 21:55-də başlayacaq.

Səbuhi MUSAYEV​
www.ÇıxışYolu.Com