Halil Sezai: Bakı tamaşaçısı insana daha çox enerji verir – FOTO

Halil Sezai: Bakı tamaşaçısı insana daha çox enerji verir – FOTO

Baxış sayı: 632 dəfə baxılıb.

Tanınmış türkiyəli müğənni Halil Sezai Bakıya gəlib.

ÇıxışYolu.Com xəbər verir ki, bu axşam konsert verməyə hazırlaşan ifaçı mətbuat nümayəndələrini də başına yığaraq jurnalistlərin suallarını cavablandırıb.

Mətbuat konfransında onunla bərabər müğənni Nuray Məhərov da olub.

O, Bakıya gəlməsindən məmnunluq duyduğunu bildirib:

“Hər kəsi salamlayıram. Belə şeylərə öyrəşməmişəm deyə, mənə qəribə gəlir. 10 il ərzində Bakıya üçüncü dəfədir gəlirəm. Gələndə həyəcan keçirdiyim yerlərdən biridir. Buradakı qarşılama elə yaxşıdır ki, adam özünü bir şey zənn edir. Konsertlərimiz çox əyləncəli keçir.

Bu axşam sizinlə görüşəcəyik. Əslində, sizə sürpriz edəcəkdim. Onu da təşkilatçılar artıq sizə bəlli ediblər”.

O, Nuray Məhərovla ilk dəfə Bakıda tanış olduğunu deyib:

“Mütəmadi olaraq maraqlı səsləri olan azərbaycanlı ifaçıları izləyirəm. Nurayın ifalarını eşitmişdim, lakin ilk dəfə Bakıda tanış oldum”.

Halil Sezai: Bakı tamaşaçısı insana daha çox enerji verir – FOTO

Sezai türk tamaşaçısı ilə azərbaycanlı tamaşaçıların fərqini də izah edib:

“Türkiyədə hər həftə konsert verirəm. Az gəldiyim yerlərdə daha çox həyəcanlı oluram. Həm də Bakı tamaşaçısı insana daha çox enerji verir”.

Sənətçi mahnılarının hüzünlü olmasının səbəbini belə açıqlayıb:

“Hər şeyə hüzünlü tərəfindən baxıram. Bu, mənim içimdən gəlir.  Nə qədər çabalayıram ki, enerjili mahnılar ifa edim, insanları coşdurum. Lakin alınmır. Həyatımdakı kədər mahnılarıma yansıyır. Həyata qarşı üsyankar deyiləm”.

Eşqə küsdüyünü deyən ifaçı fikirlərini belə ifadə edib:

“Həyata eşqlə baxıram. Amma bu eşq tək qadınla bağlı deyil. Hər insana eşqlə yanaşıram. Ancaq bəzən küsürəm. Çünki qəlbim qırılır”.

Halil Sezai: Bakı tamaşaçısı insana daha çox enerji verir – FOTO

“İndi bütün işlər dijital olaraq yönləndirilir. Ancaq belə şeylərə fikir verən deyiləm. Hətta “Youtube” kanalım da təzəlikcə açılıb. Kanalıma abunə olmağı unutmayın”, – deyə Sezai konfrans zamanı zarafatından da qalmayıb.

Yeni albomla tamaşaçıların qarşısına çıxmağa hazırlaşdığını deyən ifaçı albomunda Azərbaycan mahnısına yer verə biləcəyini də deyib:

“Bundan öncə Füzulinin sözlərinə mahnı ifa etmişdim, yeni albomda da Azərbaycan mahnısı ola bilər”.

Halil daha sonra Azərbaycanda filmə çəkildiyini söyləyib:

“Konsertdən sonra Qəbələyə gedəcəm. “Qış nağılı” adlı Azərbaycan filmində rol alacam. Epizodik rolum olacaq. Bu barədə, yəqin ki, xəbəriniz var. Ola bilər tamaşaçıların çox sevdiyi “İncir reçeli 3” filmini də ərsəyə gətirək”.

Halil Sezai: Bakı tamaşaçısı insana daha çox enerji verir – FOTO

Halil Sezai: Bakı tamaşaçısı insana daha çox enerji verir – FOTO

.
FOTO: Sadiq Fərzəlibəy
www.ÇıxışYolu.Com