Hamamdan aeroporta: Azərbaycanlı Rusiyadan deportasiya edildi

Baxış sayı: 2. 728 dəfə baxılıb.

Hamamdan aeroporta: Azərbaycanlı Rusiyadan deportasiya edildi

Azərbaycan vətəndaşı Rusiyadan deportasiya olunub.

Bu barədə “Dvina” nəşri məlumat yayıb.

Adı açıqlanmayan azərbaycanlının qeydiyyata düşən zaman göstərdiyi ünvanda uzun müddət yaşaya bilmədiyi qeyd olunur. Qonşular və tanışlar arasında aparıla sorğu-sual heç bir nəticə verməyib. Nəticədə, məhkəmə icraçıları xarici vətəndaşı axtarışa verib.

Qanunsuz miqrantın Arxangelsk yaxınlığında yerləşən qəsəbədə yaşadığı haqda informasiyanın daxil olmasından sonra məhkəmə icraçıları əraziyə yollanaraq, həmin şəxsi orada aşkarlayıblar. Maraqlıdır ki, həmin an azərbaycanlı hamamda olub.

Onun “şələ-küləsini” toplamasına müəyyən qədər vaxt verdikdən sonra azərbaycanlını Arxangelsk aeroportuna çatdırıblar. Həmin günə təyin olunmuş istiqamətdə hava reysi olmadığından aerovağzalın binasında gecələməli olub.

Növbəti günün səhəri onu Moskvaya, oradan isə təyyarə  ilə Bakıya göndəriblər.