Hamilə qadının ölümünə səbəb olan həkimlə bağlı qərar verildi

Hamilə qadının ölümünə səbəb olan həkimlə bağlı qərar verildi

Baxış sayı: 3. 079 dəfə baxılıb.

Hamilə qadının ölümünə səbəb olan həkimlə bağlı qərar verildi

Ali Məhkəmədə hamilə qadının ölümündə təqsirli bilinən Elmi-Tədqiqat mama-ginekologiya institutunda həkim anestezioloq-reanimatoloq işləyən Cavanşir Aslanovun cinayət işinə baxılıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, şikayət təmin edilməyib, həkimin bəraət istəyi rədd edilib. 

Cavanşir Aslanov müqavilə ilə “Astoriya” tibbi mərkəzində həkim-anestezioloq-reanimatoloq vəzifəsində işləyən zaman laqeydlik və etinasızlıq edib. 

O, 19 mart 2015-ci ildə, saat 21:00 radələrində “Astoriya” tibbi mərkəzinə doğuş həyata keçirmək üçün qəbul edilmiş hamilə qadının həyati vacib orqanlarını yoxlamayıb və həmin gün saat 21:30-da qadının uşaq dünyaya gətirməsini həyata keçirib. 

Nəticədə, qadında olan xəstəliyin təsiri daha da artıb. Saat 22.07-də hamilə qadının vəziyyəti ağırlaşıb, onda qəfləti öskürək, ağızdan köpük gəlməsi və dodaqların göyərməsi kimi fəsadlar meydana çıxıb. 

Uşaq dünyaya gətirmək üçün hazırlaşan qadının mədə-bağırsaq sisteminə təxminən iki litr duru qan toplanaraq qanitirmənin baş verməsinə səbəb olub. Qadın martın 20-də dünyasını dəyişib. 

İttihama görə, Cavanşir Aslanov uşaq dünyaya gətirən qadını ehtiyatsızlıqdan öldürüb.

İstintaq orqanı tərəfindən Cavanşir Aslanovun barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Yasamal rayon Məhkəməsinin hökmü ilə Cavanşir Aslanov 2 il 9 ay müddətinə azadlıqdan məhrum olunub.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com