Stenford universitetinin alimləri hamiləliyin müddətinin müəyyən edilməsinin yeni yolunu tapıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Science” məlumat yayıb.
Ultrasəs müayinəsi qədər effektiv olan bu üsul dəfələrlə az xərc tələb edir. Mütəxəssislər onun hətta bəzi aspektlərə görə ənənəvi müayinə üsullarından daha effektiv olacağına inanır.
Söhbət dölün, plasentanın və ananın immun hüceyrələrinin RNT (Ribonuklein turşusu) miqdarı ilə bağlı qan analizindən gedir.
Alimlərin təbirincə hamiləlik müddətini müəyyən etmək üçün RNT qan analizi kifayət edir. Üstəlik USM müayinəsindən fərqli olaraq bu üsulla erkən doğum riskini 75 faiz ehtimalla müəyyən etmək olur.
Digər üstün cəhəti odur ki, hamilə ananın orqanizminə hər hansı müdaxilə olmur, hər hansı fəsadlaşma yaşanmır.
Sınaqlar uğurla nəticələnəcəyi təqdirdə, bu metodun ginekologiyada inqilabi dəyişikliyə səbəb olacağı gözlənilir.