Hamilton: Bakıda çoxdan qələbə qazanmaq istəyirdim

Hamilton: Bakıda çoxdan qələbə qazanmaq istəyirdim

Baxış sayı: 2. 699 dəfə baxılıb.

Valtteri Bottas  bu gün qələbəyə layiq idi. Lakin yarış son dərəcədə həyəcanlı və inanılmaz alındı. Mən uzun müddətdir ki, Bakıda qələbə qazanmaq istəyirdim, və bu gün buna nail oldum. Çox xoşbəxtəm.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi “Mercedes” komandasının pilotu Lüis Hamilton deyib.

“Biz 40-cı dövrədə pit-stopa girməyi planlaşdırmışdıq. Lakin ikinci seksiyada səhvlərə yol verdim, bundan sonra şinləri dəyişmək üçün pit-stopa girməli oldum. Bottasın pit-stopundan sonra vəziyyət dəyişmişdi. Onun mübarizəni dayandırdığı anı görmədim. Valtteri Bottas çox yaxşı görünürdü və qələbəyə layiq idi. Sebastyan Fettel də çox sürətli idi”, – deyə o bildirib.

www.ÇıxışYolu.Com