c1dc0e1a-b0a1-45f5-b2e6-02f06446ee61..jpg

Hande Erçel şəxsi həyatı ilə bağlı açıqlama verdi: Qayınanası tərəfindən “arzuolunmaz gəlin”dir? – FOTO

Baxış sayı: 641 dəfə baxılıb.

Hande Erçel şəxsi həyatı ilə bağlı açıqlama verdi: Qayınanası tərəfindən
“arzuolunmaz gəlin”dir? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli məşhur aktrisa Hande Erçel şəxsi həyatı ilə bağlı açıqlama verib.

İş adamı Hakan Sabancı ilə yaşadığı eşq macərası ilə gündəmdə olan aktrisa
küçədə kameralara görüntülənib və jurnalistlərin suallarını cavablandırıb.

Sosial media hesabında izləyici sayı 32 milyona çatan və bununla da bir çox
Hollivud ulduzunu geridə qoyan Hande Erçel Türkiyənin ən çox izləyicisi olan
məşhuru hesab edilir.

“Nə deyim, gözəl bir şeydir, pərəstişkarlarıma təşəkkür edirəm”, – deyə o
bununla bağlı təəssüratını paylaşıb.

Bu yay Hakan Sabancı ilə evlənəcəyi barədə xəbərləri yayılan Hande Erçel
gələcək qayınanası Arzu Sabancı tərəfindən “arzuolunmaz gəlin” adlandırılması
ilə bağlı iddialara da münasibət bildirib.

“Dostlar, belə bir şey ola bilərmi? Lütfən…” – deyə o qeyd edib.

Aktrisa vurğulayıb ki, Hakan Sabancı ilə münasibəti onun həyatını müsbət
istiqamətdə dəyişib. “Dediyim kimi, çox xoşbəxtəm, mən plansız səyahət edərdim,
amma onun sayəsində planlı olmağı öyrəndim”, – deyə Erçel bildirib.

O, eyni zamanda, evləndikdən sonra aktrisalığı tərk edəcəyi ilə bağlı sualı da
cavablandırıb. “Xeyr, tərk etməyi düşünmürəm”, – deyə əlavə edib.

Mənbə: Milliyet

Source link