Eks-sevgililər Hande Yener və Sinan Akçıl İstanbulun məşhur restoranlarından birində üz-üzə gəlib.
ÇıxışYolu.Com türk mətbuatına istinadən xəbər verir ki, ötən gün dostları ilə restoranda söhbət edən Hande məkana Sinan Akçılın girməsi ilə özünü itirib.
Paparazzilərin olduğunu görüb Sinanla eyni kadra girmək istəməyən ifaçı beş dəqiqə sonra arxa qapıdan qaçıb.
Akçıl isə Handenin restoranı tərk etməsinə “Klassik Hande”, – deyə cavab verib.
Qeyd edək ki, cütlüyün münasibəti 2011-ci ildə başlamışdı. Onlar “Atma”, “Teşekkürler” adlı duetlər də ifa edib, klip çəkdirmişdilər.
Onu da bildirək ki, Sinan Akçıl indiyədək Hande Yenerlə yanaşı, Hadisə, Otilia kimi müğənnilərlə də sevgili olub.