Hansı ərazilər Ağdərə rayonunun tərkibinə veriləcək? – SİYAHI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ağdərə rayonu Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə
daxil ediləcək.
“Trend” xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin
iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ağdərə rayonunun
yaradılması haqqında” yeni qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə görə, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi
bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla inzibati
sərhədlər daxilində Ağdərə rayonu yaradılacaq.
Yeni yaradılacaq rayonun tərkibinə aşağıdakı yaşayış məntəqələri daxil
ediləcək:
– Ağdam rayonunun Baş Güneypəyə kəndi inzibati ərazi dairəsi tərkibindəki Baş
Güneypəyə kəndi, Xatınbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Xatınbəyli
kəndi, Məlikli kənd inzibati ərazi dairəsi tərkibindəki Məlikli və Qazançı
kəndləri, Orta Güneypəyə kənd inzibati ərazi dairəsi tərkibindəki Orta
Güneypəyə kəndi, Sırxavənd kənd inzibati ərazi dairəsi tərkibindəki Sırxavənd,
Ballıqaya, Bəşirlər, Qaraşlar kəndləri, Yeni Qaralar kənd inzibati ərazi
dairəsi tərkibindəki Yeni Qaralar kəndi;
– Tərtər rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsi tərkibindəki Ağdərə
şəhəri, Ağabəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Ağabəyli kəndi,
Canyataq kənd inzibati ərazi dairəsi tərkibindəki Canyataq və Gülyataq kəndi,
Çardaqlı kənd inzibati ərazi dairəsi tərkibindəki Çardaqlı, Lüləsaz və
Meqrelalay kəndləri, Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Həsənqaya,
Çiləbürt, Göyarx və Maralyansarov kəndləri, Kiçik Qarabəy kənd inzibati ərazi
dairəsi tərkibindəki Kiçik Qarabəy kəndi, Qızıloba kənd inzibati ərazi dairəsi
tərkibindəki Qızıloba, Seysulan və Yarımca kəndləri, Aşağı Ortatağ kənd
inzibati ərazi dairəsi tərkibindəki Aşağı Ortatağ, Qasapet və Dəmirli kəndləri,
Şıxarx qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şıxarx qəsəbəsi, Talış kənd
inzibati ərazi dairəsi tərkibindəki Talış kəndi, Ulu Qarabəy kənd inzibati
ərazi dairəsi tərkibindəki Ulu Qarabəy kəndi, Umudlu kənd inzibati ərazi
dairəsi tərkibindəki Umudlu və Zəylik kəndləri.
– Kəlbəcər rayonunun Çərəktar kənd inzibati ərazi dairəsi tərkibindəki
Çərəktar kəndi, Çıldıran kənd inzibati ərazi dairəsi tərkibindəki Çıldıran,
Dəvədaşı və Mehmana kəndləri, Dovşanlı kənd inzibati ərazi dairəsi tərkibindəki
Dovşamnlı, Bazarkənd və Hayad kəndləri, Heyvalı kənd inzibati ərazi dairəsi
tərkibindəki Heyvalı və Yayıcı kəndləri, Həsənriz kənd inzibati ərazi dairəsi
tərkibindəki Həsənriz kəndi, İmarət Qərvənd kənd inzibati ərazi dairəsi
tərkibindəki İmarət Qərvənd, Çapar, Zardaxaç kəndləri, Kolatağ kənd inzibati
ərazi dairəsi tərkibindəki Kolatağ və Damğalı kəndləri, Qızılqaya kənd inzibati
ərazi dairəsi tərkibindəki Qızılqaya və Yuxarı Ortatağ kəndləri, Qozlu kənd
inzibati ərazi dairəsi tərkibindəki Qozlu kəndi, Qozlukörpü kənd inzibati ərazi
dairəsi tərkibindəki Qozlukörpü kəndi, Narınclar kənd inzibati ərazi dairəsi
tərkibindəki Narınclar kəndi, Vəngli kənd inzibati ərazi dairəsi tərkibindəki
Vəngli, Çormanlı və Şahmansurlu kəndləri.