Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? – Zaxarova siyahını
tələb etdi + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Latviya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasına zərbələr endirməyə icazə
verən ölkələrin siyahısını təqdim etməlidir”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
öz “Telegram” kanalında deyib.
Qeyd edək ki, daha əvvəl Latviya Xarici İşlər Nazirliyi bəyan edib ki, Ukrayna
artıq bəzi Qərb tərəfdaşlarından Rusiya ərazisindəki hədəflərə zərbələr
vurulmasına icazəsi olan silahlar alıb.
“Latviya Xarici İşlər Nazirliyi, əgər yalan demirsə, bu ölkələrin siyahısını
təqdim etməlidir”, – deyə Zaxarova qeyd edib.