8c1002be-a24c-46c3-9222-ebcbb2e11253..jpg

Hansı xəstəlikləri olan şəxslər oruc tuta bilməzlər? – Həkim AÇIQLADI

Baxış sayı: 641 dəfə baxılıb.

Hansı xəstəlikləri olan şəxslər oruc tuta bilməzlər? – Həkim AÇIQLADI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ürək-damar sistemi xəstəlikləri olan pasiyentlər xüsusilə oruc tutarkən
diqqətli olmalıdırlar”.

Cixisyolu.com xəbər verir ki, bunu Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik
Xəstəxanasının həkim-kardioloqu Mehriban İsgəndər bildirib.

O, hansı hallarda ürək-damar sistemi xəstəlikləri olan pasiyentlərə oruc
tutmağın zərərli ola biləcəyindən söz açıb:

“Ağır dərəcəli ürək çatışmazlığı, xüsusən də ürəyin atım fraksiyası, yəni
yığılma gücü 30%-dən aşağı olan, ürəyin mexaniki dəstəkləyici cihaza və ya
transplantasiyaya ehtiyacı olan, ürək çatışmazlığına bağlı sidik qovucular
qəbul etmək ehtiyacı olan, qan təzyiqi dərman vasitəsilə nizamlanmayan, gün
ərzində kriz şəklində təzyiqi yüksələn, son 1 ay ərzinda miokard infarktı
keçirmiş, tac damarlarına stent yerləşdirilmiş və ya şuntlama əməliyyatı
etdirən, qeyri-stabil ürəyin işemik xəstəlikləri olan, ciddi elektrolit
pozğunluğuna bağlı aritmiyaları olan pasiyentlər üçün oruc tutmaq təhlükəli ola
bilər. Qalan digər hallarda pasiyentlər həkim-kardioloqla məsləhətləşdikdən
sonra oruc tuta bilərlər”, – deyə həkim qeyd edib.

Source link